Xəzər Xəbər

Bakıda DƏHŞƏT: arvadını küçənin ortasında 20 bıçaq zərbəsi ilə öldürdü

Hadisə | 09:23 • 7 Oktyabr 2019
Bakıda DƏHŞƏT:

Bakıda ər arvadını qətlə yetirib.

Hadisə Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınıb.

Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır (apa).

Rubrikanın digər xəbərləri

Xəbər lenti