Xəzər Xəbər

Bakıda AĞIR QƏZA: 11 nəfər xəstəxanalıq oldu

Hadisə | 10:21 • 7 Oktyabr 2019
Bakıda AĞIR QƏZA:

Qala -Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb:

"Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".

Xəbər lenti