Xəzər Xəbər

Bakıda evdən 5 min dollardan çox pul oğurlanıb

Hadisə | 12:00 • 5 Oktyabr 2019
Bakıda evdən 5 min dollardan çox pul oğurlanıb

Bakıda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 800 manat və 5150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini G.Qəfərli saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti