Xəzər Xəbər

Bakıda küçədə 2 qadına hücum etdilər

Hadisə | 15:03 • 30 Sentyabr 2019
Bakıda küçədə 2 qadına hücum etdilər

Bakıda soyğunçuluq etmiş şəxslər tutulub.

XəzərXəbər xəbər verir ki, Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən sentyabrın 17-də Bakı şəhər sakini X.Əhmədovanın içərisində 40 manat və mobil telefon olan pulqabını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Abşeron rayon sakini R.Rüstəmov saxlanılıb.

Bundan başqa Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da A.Sadıqovanın içərisində 1000 manat və 2 ədəd mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərmiş Bakı şəhər sakini Y.Miroşniçenko saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti