Xəzər Xəbər

Saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri tutuldu FOTO

Hadisə | 15:12 • 28 Sentyabr 2019
Saxta ipoteka sənədi hazırlayan mütəşəkkil dəstə üzvləri tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

XəzərXəbər xəbər verir ki, əməliyyat zamanı taksi sürücülərinə qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Elməddin Kazımov, Elçin Behbudov, həmçinin Samir Hüseynli və Vüsal Zöhrabov müəyyən edilərək tutulublar.

Qeyd edək ki, taksi sürücülərinə qarşı dələduzluq etmək təklifi əvvəlcə dəstə üzvü E.Kazımovdan gəlib.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri Bakının Nizami və Xətai rayonlarıərazilərində yerləşən merto stansiyalarının yaxınlığında ayrı-ayrı taksi sürücülərinə müştəri kimi yaxınlaşaraq yalandan internetdən əldə etdikləri üzərində kənar şəxsə aid fotoşəkil olan sənədi guya ipoteka arayışı kimi təqdim edib dedikləri ünvana çatdırılmasını xahiş ediblər. Bundan sonra saxlanılanlardan biri taksi sürücüsünü kənarda dayanan digər dəstə üzvü ilə telefonla danışdırıb.Həmin şəxs isə taksi sürücüsündən yanında olan adama müxtəlif məbləğdə pul verməsini xahiş edib, sənədi ona çatdırdıqda həmin pulu əlavə zəhmət haqqı ilə birlikdə artıqlaması ilə ödəyəcəyini yalandan vəd edib.Taksi sürücüləri sənədi alıb dəstə üzvlərindən ona yaxınlaşan şəxsə pulu verib deyilən ünvana getdikdə isəonu qarşılayan şəxsin olmadığını görüb dələduzluq yolu ilə aldadıldığını və ipoteka sənədi adıaltında ona verilən arayışların saxta olduğunu anlayıblar.

Qeyd edək ki, saxlanılandəstə üzvlərindən biri V.Zöhrabovun üzərində şəxs axtarış aparılan zaman ondan 0,420 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib.

Hazırda dəstə üzvlərinin hüquqazidd əməllərindən zərərçəkmiş şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarziə İdarəsinə müraciət edə bilərlər. Həmçinin vətəndaşların özlərinin də bu tipli dələduzların toruna düməməsi üçün ayıq-sayıq olmaları tövsiyyə edilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti