Xəzər Xəbər

6 bal gücündə zəlzələ oldu

Hadisə | 11:01 • 24 Sentyabr 2019
6 bal gücündə zəlzələ oldu

Karib dənizində yerləşən Porto Riko adası yeraltı təkanlarla silkəllənib.

Adada 6 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə zəlzələnin episentri San Antonio bölgəsinin 62 km şimal-qərbində, yerin 10 kmm dərinliyində olub.

Qısa müddət sonra həmin bölgədə 4,7, 4,6 və 4,3 bal gücündə avterşoklar qeydə alınıb.

Zəlzələ böyük təşvişə səbəb olub. Hadisə səhər saatlarında baş verdiyi üçün çox insan yuxuda ikən şok keçirib.

Yeraltı təkanların fəsada səbəb olub-olmadığı hələ ki, bilinmir./publika.az

Xəbər lenti