Xəzər Xəbər

Bakıda kişi avtomobili ilə yoxa çıxıb

Hadisə | 10:29 • 20 Sentyabr 2019
Bakıda kişi avtomobili ilə yoxa çıxıb

Binəqədidə 42 yaşlı kişi itkin düşüb.


Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Gülüstan küçəsində baş verib.


Həmin küçədə yaşayan 1987-ci il təvəllüdlü Abbasova Ayurə Bəylər qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək, həyat yoldaşı 1977-ci il təvəllüdlü Abbasov Fəxri Həsən oğlunun ötən gün saat 11:00-da özünə məxsus "Volksvagen Passat” markalı, 90 VZ 826 dövlət nişanlı avtomobillə evdən çıxdığı və bir daha geri qayıtmadığı barədə məlumat verib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti