Xəzər Xəbər

Lənkəranda 2 maşın toqquşdu, ölən var

Hadisə | 16:44 • 18 Sentyabr 2019
Lənkəranda 2 maşın toqquşdu, ölən var

Lənkəran rayonunun Vilvan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, sentyabrın 17-də saat 13 radələrində Lənkəran rayonunun Vilvan kəndi ərazisində Osaküçə kənd sakini Şəmsəddin Babayevin idarə etdiyi "VAZ-2107” və Astara rayon sakini R.Əliyevin idarə etdiyi "Mercedes” markalı yük avtomobili toqquşub. Nəticədə Ş.Babayev hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti