Xəzər Xəbər

Qubada "Azərişıq" ASC-nin qəzaya uğrayan maşınında ölən və yarlananların adları

Hadisə | 14:34 • 18 Sentyabr 2019
Qubada "Azərişıq" ASC-nin qəzaya uğrayan maşınında ölən və yarlananların adları

Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.


Hadisə nəticəsində "Azərişıq" ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib.


Avtomobildə olan digər əməkdaşlar - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Xəstəxanadan Trend-ə verilən məlumata görə, S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.


Hadisə nəticəsində xəsarət alan İ.Rəsulova isə qapalı kəllə-beyin travması, hər iki budun orta üçdə birinin və sol baldırın sınığı diaqnozu qoyulub, yaralı komatoz vəziyyətdədir.


Xatırladaq ki, bu gün Quba rayonu ərazisində "Azərişıq" ASC-yə məxsus avtomobil idarəetməni itirərək dərəyə aşıb. (Trend)

Xəbər lenti