Xəzər Xəbər

Qaxda iki avtomobil toqquşdu: 3 yaralı

Hadisə | 17:09 • 17 Sentyabr 2019
Qaxda iki avtomobil toqquşdu: 3 yaralı

Qaxda iki avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan 3 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlardan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hazırda yaralıların müalicəsi davam etdirilir.

Xəbər lenti