Xəzər Xəbər

DİN: Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub

Hadisə | 11:08 • 17 Sentyabr 2019
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub

Ötən gün törədilmiş 13 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Xəbər lenti