Xəzər Xəbər

Bakıda daha bir yeniyetmə evdən qaçdı

Hadisə | 17:27 • 16 Sentyabr 2019
Bakıda daha bir yeniyetmə evdən qaçdı

Bakıda 17 yaşlı oğlan itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, G.Şıxlinski küçəsindəyaşayan 2002-ci il təvəllüdlü Səfərov Nurlan İntiqam oğlu saat 15:00-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun atası Səfərov İntiqam məlumat verib.

Faktla bağlı araşdıma aparılır.

Xəbər lenti