Xəzər Xəbər

Gəncədə şok olay: Anası tərəfindən döyülən qız evdən qaçdı

Hadisə | 14:04 • 14 Sentyabr 2019
Gəncədə şok olay:

Azərbaycanda ana azyaşlı övladını döyüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Gəncədə baş verib.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, uşağın anası Səbinə Həsənpur adlı qadındır. O, həyat yoldaşından ayrılıb. Beş uşağı var və tüfeyli həyat tərzi keçirir. Həftədə bir dəfə uşağın atası onları görmək üçün gələn zaman 2008-ci il təvəllüdlü azyaşlı qız anasının sərxoş olaraq onu döydüyünü bildirib. Atasının hadisədən xəbər tutmasından qəzəblənən ana ona qarşı yenidən fiziki təzyiq göstərib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov saytımıza açıqlama verib.

Onun sözlərinə görə, qadının qonşusu döyülmüş uşağı küçədə tapıb və bu barədə Gəncə Polis İdarəsinəməlumat verib:

"Uşaq gecə küçədə ağlayırmış, qonşu görüb vəevə gətirib. Daha sonra qadın polisə müraciət edib. Uşağın və qadının izahatı alınıb. Uşaq polisə onu anasının döydüyünü bildirib”.

E.Qasımov qeyd edib ki, məsələ barədə araşdırma aparılır:

"Xanımın inzibati xəta törətdiyi müəyyən edilərək, barəsində protokol tərtib edilib”.

Faktlabağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti