Xəzər Xəbər

Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı

Hadisə | 10:12 • 10 Sentyabr 2019
Bakıda 19 yaşlı qızı maşın vurub qaçdı

Bakıda gənc qızı maşın vurub.

XəzərXəbər-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki "Rahat Market"in qarşısında naməlum avtomobil yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Bəşirova Nəzrin Şakir qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb.

Yaxınlıqdakı şəxslərin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti