Xəzər Xəbər

FHN: "Azərişıq"a məxsus yarımstansiyada yanğın olub

Hadisə | 10:11 • 8 Sentyabr 2019
FHN: "Azərişıq"a məxsus yarımstansiyada yanğın olub

Yevlax şəhərində yanğın olub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Azərişıq” ASC-yə məxsus 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 m² olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb. Tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açarlar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər lenti