Xəzər Xəbər

Şəmkirdə 1 hektar çətənə kolu aşkarlandı

Hadisə | 16:19 • 21 Avqust 2019
Şəmkirdə 1 hektar çətənə kolu aşkarlandı

Şəmkir rayonu ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində 1 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 800 kiloqram olan 1830 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Xəbər lenti