Xəzər Xəbər

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

Hadisə | 11:50 • 21 Avqust 2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

Avqustun 21-də səhər saat 09:00-dan Gəncə şəhərində bir qrup abonentin qaz təchizatı dayandırılıb.

"Azəriqaz” İB-dən XəzərXəbər-ə bildirilib ki, bu müddət ərzində aşkarlanan qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri icra ediləcək. Saat 09:30-dan 17:30-dək isə Göyçay rayonunun bir neçə kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində sazlama işləri aparıldığından təchizatda dayandırmalar olacaq. Avqustun 21-də səhər saat 10:00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Ağstafa rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək. Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq.

Xəbər lenti