Sabirabad rayonun Kürkəndi kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
XəzərXəbər xəbər verir ki, dünən günorta saatlarında yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edən 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu ailəli, 2 uşaq atası olub.
Şəxsi təsərrüfatla məşğul olan Q.Əsədovun maddi sıxıntısı olmayıb və hər hansı ciddi problem barədə yaxınlarının məlumatı olmayıb.
Bildirilir ki, dünən günorta saatlarında saxladığı mal-qaraya baxış keçirən 34 yaşlı Qismət daha sonra damda özünü asıb. Onun meyitini həyat yoldaşı aşkarlayıb və qadın gördüklərindən sarsıntı keçirib.
Q.Əsədovun hər hansı məktubu, vida sözü aşkarlanmayıb.