Xəzər Xəbər

Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadınla bağlı YENİ XƏBƏR

Hadisə | 14:11 • 20 Avqust 2019
Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadınla bağlı

Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həkimlərin bildirdiyinə görə yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur. Səylər davam etdirilir.

Qeyd edək ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası, 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb.

Nəticədə, həmin vaxt evdə olan E.Sadıqovun yatmış azyaşlı oğlu 2017-ci il təvəllüdlü Nicat Sadıqov ölüb, M.Məsimova və S.Məmmədovanın isə müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib.

Sadıqovun həyat yoldaşı ötən gün xəstəxanada ölüb./publika.az

Xəbər lenti