Xəzər Xəbər

FHN: Yanğın zamanı 17 nəfər bina sakini təxliyə olunub

Hadisə | 13:36 • 20 Avqust 2019
FHN: Yanğın zamanı 17 nəfər bina sakini təxliyə olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında şaxta boyunca elektrik naqilləri 30 poqonmetr uzunluğunda yanıb. Yanğın zamanı binanın 17 sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və elektrik sayğacları yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti