Xəzər Xəbər

Şəmkirdə əri tərəfindən evdə yandırılan qadın xəstəxanada öldü

Hadisə | 09:48 • 19 Avqust 2019
Şəmkirdə əri tərəfindən evdə yandırılan qadın xəstəxanada öldü

Avqustun 18-də Şəmkirin Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib.


Bu barədə xezerxeber.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Həkimlərin səyinə baxmayaraq, bədəninin 70 % (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.


Bədəninin 55% (4-cü dərəcəli) dərin nekrozlaşmış yanığı ilə xəstəxanaya çatdırılan Mətanət Məsimovanın anası, 54 yaşlı Səltənət Məmmədovanın da vəziyyəti kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə, onun həyatı təhlükə altındadır.

Xəbər lenti