Xəzər Xəbər

Bakıda itkin düşən bacı-qardaşın oğurlandığı iddia olunur -  FOTO

Hadisə | 15:14 • 16 Avqust 2019
Bakıda itkin düşən bacı-qardaşın oğurlandığı iddia olunur - 

Bakıda itkin düşən bacı-qardaşın oğurlandığı iddia olunur.

Bu iddianı APA-ya açıqlama verən itkin düşən uşaqların anası Çiçək Abbasova səsləndirib. O, qeyd edib ki, uşaqların oğurlanmasına dair şübhələri barədə polisə də məlumat verib: "Bundan iki gün əvvəl işlədiyim kafeyə bir qadın gəldi. Onun yanında azyaşlı uşaq var idi. Adını Gözəl kimi təqdim edən həmin qadın ac olduğunu bildirdi. Onu kirayədə yaşadığım evə apardım, yemək verdim. Onlar gecəni bizdə qaldılar. Mən səhər işə gedəndə qadın hələ bizdə idi. Axşam evə qayıdanda gördüm ki, uşaqlarım yoxdur. Dərhal hadisə ilə bağlı polisə məlumat verdim. Uşaqlarımın həmin qadın tərəfindən oğurlanmasından şübhələnirəm. Övladlarımın tezliklə sağ-salamat tapılacağına ümid edirəm”.

Ç.Abbasova qeyd edib ki, hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti