Xəzər Xəbər

Bakıda azyaşlı bacı-qardaş itkin düşüb - FOTO

Hadisə | 09:50 • 16 Avqust 2019
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb -

Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.


APA-nın xəbərinə görə, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub.


Faktla bağlı Binəqədi rayon 43-cü polis bölməsinə müraciət olunub.


Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Xəbər lenti