Xəzər Xəbər

Abşeronda qəza baş verib, bir nəfər ölüb

Hadisə | 16:59 • 15 Avqust 2019
Abşeronda qəza baş verib, bir nəfər ölüb

Abşeronda baş verən yol qəzasında 1 nəfər ölüb. Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun 14-cü kilometrliyində Abşeron rayonu ərazisində baş verib.


Xezerxeber.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Xəlilli Sənan İlham oğlunun idarə etdiyi "VAZ-2107” markalı avtomobil qarşıda gedən "Tatra” markalı yük maşını ilə toqquşub.


Qəza nəticəsində sürücü ölüb.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti