Xəzər Xəbər

Nabranda dənizdə batan uşağın meyiti Dərbənd rayonunda tapılıb

Hadisə | 11:06 • 8 Avqust 2019
Nabranda dənizdə batan uşağın meyiti Dərbənd rayonunda tapılıb

Fövqəladə Hallar Nazirliyi Nabranda baş verən suda boğulma faktı ilə bağlı məlumat yayıb.


Xezerxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb. P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xitmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

Xəbər lenti