Xəzər Xəbər

Beyləqanda ağır qəza - Sürücülərdən biri öldü

Hadisə | 10:51 • 6 Avqust 2019
Beyləqanda ağır qəza - Sürücülərdən biri öldü

Beyləqan rayonunun Daşburun kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, avqustun 4-də saat 15 radələrində Beyləqan rayonunun Daşburun kəndi ərazisində Dünyamalılar kənd sakini Süleyman Hüseynovun idarə etdiyi "VAZ-2109" və İmişli rayon sakini İ.Mirzəyevin idarə etdiyi "QAZ-3302" markalı avtomobillər toqquşub.

Nəticədə S.Hüseynov hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti