Xəzər Xəbər

Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı

Hadisə | 10:01 • 6 Avqust 2019
Qəbələdə toyda zəhərlənənlərin sayı 75-ə çatdı

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

***

Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib.

Zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

Hazırda daxil olmuş məlumat əsasında agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva Axar.az-a açıqlamasında bildirib.

Məlumata əsasən, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Xəbər lenti