Xəzər Xəbər

Bakıda güclü külək - Xəsarət alan var

Hadisə | 16:25 • 5 Avqust 2019
Bakıda güclü külək - Xəsarət alan var

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üstünə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta ağırdır.


Rubrikanın digər xəbərləri

Xəbər lenti