Xəzər Xəbər

Gürcüstanda Azərbaycan vətəndaşı tutuldu - 20 İLƏDƏK HƏBS GÖZLƏYİR

Hadisə | 17:23 • 4 Avqust 2019
Gürcüstanda Azərbaycan vətəndaşı tutuldu - 20 İLƏDƏK HƏBS GÖZLƏYİR

Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Axtarış zamanı Azərbaycan vətəndaşı maşından düşərək qaçmağa cəhd göstərsə də, polis onu yaxalayıb.

Onun üzərində və müvəqqəti yaşadığı yerdə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr – 709 ədəd "MDMA”, 86 ədəd "Suboksin”, 93 ədəd "Subuteks”, 3 ədəd "B8” həbi, ümumi çəkisi 1 kiloqram 239 qram olan "Bio” narkotik vasitəsi və 28 890 qram çəkidə yeni psixotrop maddə müsadirə olunub.

Faktla bağlı istintaq aparılır.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.(Report)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti