Xəzər Xəbər

Azərbaycanda qorxunc hadisə AVTOMATLA GÜLLƏLƏDİ

Hadisə | 14:36 • 2 Avqust 2019
Azərbaycanda qorxunc hadisə

Daxili İşlər Nazirliyi Tərtərdə baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 1-də Bərdə rayonunun Seyidyusifli kəndi ərazisində Tərtər rayon sakini F.İsmayılov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi E.Nəcəfovun bud nahiyələrinə xəsarət yetirdikdən sonra könüllü olaraq Tərtər RPŞ-yə gəlib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zamanı cinayətdə istifadə edilmiş "AKS” markalı silah, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

*****

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Səyidyusifli kəndində qeydə alınıb. Tərtər rayon Xoruzlu Kənd sakini güllə yarasi ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 3 güllə yarasi alan E. Nəcəfov əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (Report).

Xəbər lenti