Xəzər Xəbər

Azərbaycanda 1 ton narkotik belə yandırıldı

Hadisə | 10:01 • 2 Avqust 2019
Azərbaycanda 1 ton narkotik belə yandırıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

XəzərXəbər Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kənd ərazisində yabanı halda bitmiş yaş çəkisi bir tona yaxın, hündürlüyü 150-300 sm olan 581 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xəbər lenti