Xəzər Xəbər

Azərbaycanda daha bir dəniz faciəsi gənc musiqiçi çimərkən boğuldu - MEYİTİ AXTARILIR

Hadisə | 10:25 • 1 Avqust 2019
Azərbaycanda daha bir dəniz faciəsi

Azərbaycanda daha bir gənc dənizdə batıb.

XəzərXəbər xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Niyazoba kəndində dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dənizdə batan şəxs Xaçmaz şəhər sakini olan 27 klarnet ifaçısı Pənah Əkbərovdur.

Xəbər lenti