Xəzər Xəbər

Bakının bu hissəsində qaz kəsiləcək

Hadisə | 10:02 • 31 İyul 2019
Bakının bu hissəsində qaz kəsiləcək

Bu gün saat 11:00-dan 13:00-a qədər qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyni adlı qurğularla əvəz olunması ilə bağlı Bakının Sabunçu rayonunda bir qrup abunəçinin təbii qazla təchizatı dayandırılacaq.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa, sazlama işləri ilə bağlı saat 11.00-dan Bakının Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun Ələt qəsəbəsində bir qrup sakinin qazı kəsiləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti