Xəzər Xəbər

Bakıda dəhşətli hadisədə ölən daha 2 nəfərin meyiti tapıldı

Hadisə | 12:23 • 30 İyul 2019
Bakıda dəhşətli hadisədə ölən daha 2 nəfərin meyiti tapıldı

Bakıda dənizdə boğulan 4 dostdan digər ikisinin də meyiti tapılıb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb. M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə baş verən gün B.Babayev və Ə.Cavadovun meyiti tapılaraq təhvil verilib. Onlar dünən dəfn ediliblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti