Xəzər Xəbər

BEYLƏQANDA DƏHŞƏT: Bıçaqla həmkəndlisinin sifətini və bədənini...

Hadisə | 16:41 • 29 İyul 2019
BEYLƏQANDA DƏHŞƏT:

Beyləqan rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

XəzərXəbər xəbər verir ki, iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib. E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti