Xəzər Xəbər

“Azərbaycam Dəmir Yolları” QCS Zirədəki hadisə barədə məlumat yaydı

Hadisə | 15:25 • 29 İyul 2019
“Azərbaycam Dəmir Yolları” QCS Zirədəki hadisə barədə məlumat yaydı

"Azərbaycam Dəmir Yolları” QCS dəmir yolu keçidində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

XəzərXəbər QSC-nə istinadən xəbər verir ki, bu gün saat 12:45-də Qala-Binə mənzilinin 30-cu kilometrində yerləşən qorunmayan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib: "İnfrastruktur Departamentinin 4 saylı yol sahəsinə məxsus drezin qorunmayan dəmir yolu keçidində hərəkətdə ikən, keçidi keçməyə cəhd göstərən Pirallahı qəsəbəsinin sakini Rəşad Cəlil oğlu Əliyevin idarə etdiyi "Mersedes” markalı” avtomaşın drezinlə toqquşub. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub".

Xəbər lenti