Xəzər Xəbər

Azərbaycanda evdən 31 min manat pul oğurladılar

Hadisə | 15:12 • 29 İyul 2019
Azərbaycanda evdən 31 min manat pul oğurladılar

Sabirabad rayonunda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərin birindən 30800 manat pul və 5500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Rəhimli saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti