Xəzər Xəbər

Bakıda qatar dəhşətli qəza törətdi Təcili yardım briqadaları göndərildi

Hadisə | 14:09 • 29 İyul 2019
Bakıda qatar dəhşətli qəza törətdi

Bu gün Bakıda, Xəzər rayonunun Zirə qəsəbəsində (Qala yolu) qatar taksi ilə toqquşub.

XəzərXəbər xəbər verir ki, qəza nəticəsində taksidə olan 5 sərnişin yaralanıb. İlkin ehtimala görə, taksi sürücüsü qatarın gəldiyini görməyib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, hadisə ilə bağlı təcili yardıma 12:44-də çağırış olub.

Hadisə yerinə 5 təcili yardım briqadası cəlb olunub.

Yaralıların vəziyyəti ağırdır.

Xəbər lenti