Xəzər Xəbər

Bakıda dəhşət yaşandı – 4 dost futbol oynayandan sonra öldü – ADLAR

Hadisə | 10:04 • 29 İyul 2019
Bakıda dəhşət yaşandı

Dünən Xəzər dənizinin Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində 4 nəfər boğularaq ölüb.

XəzərXəbər xəbər verir ki, sahildə futbol oynayan 8 gənc daha sonra çimmək üçün dənizə giriblər. Bu zaman dənizdə baş verən burulğan gəncləri sahildən uzaqlaşdırmağa başlayıb. 8 gəncdən 4-ü xilas edilsə də 1992-ci il təvəllüdlü Əli Cavadov, 1991-ci il təvəllüdlü Murad Əzizov, 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev və Bəlopba Babayev dənizdə boğularaq ölüb. Onlardan Kamran və Muradın meyiti artıq tapılaraq ailəsinə təhvil verilib. Digər iki şəxsin axtarışı isə davam etdirilir.

Dəhşətli hadisədə ölənlər dost olublar və hamısı Kürdəxanı sakinləridir.

Xəbər lenti