Xəzər Xəbər

Bakıdan Dubaya uçan təyyarə məcburi eniş etdi

Hadisə | 09:25 • 27 İyul 2019
Bakıdan Dubaya uçan təyyarə məcburi eniş etdi

"Azərbaycan Hava Yolları"nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.

AZAL-dan verilən məlumata görə, "Airbus A319" təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.

Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub.

Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Sərnişinlər Dubaya ehtiyat təyyarə ilə yola düşəcəklər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti