Xəzər Xəbər

DSX: İran gəmisində 9 nəfər xilas edilib

Hadisə | 16:34 • 26 İyul 2019
DSX: İran gəmisində 9 nəfər xilas edilib

Bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.


Dövlət Sərhəd Xidmətindən xezerxeber.az-a bildirilib ki, Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.


Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

Xəbər lenti