Xəzər Xəbər

Bakıda bacısını bıçaqlan şəxs saxlanılıb

Hadisə | 14:55 • 25 İyul 2019
Bakıda bacısını bıçaqlan şəxs saxlanılıb

İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti