Xəzər Xəbər

Bakıda yeniyetməni aldadıb 1200 manatını alan saxlanılıb

Hadisə | 14:46 • 24 İyul 2019
Bakıda yeniyetməni aldadıb 1200 manatını alan saxlanılıb

Bakıda yeniyetməni aldadıb pulunu alan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 23-də metronun "28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb.


Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.

Xəbər lenti