Xəzər Xəbər

Bakıda 4 yaşlı qızın bilərziyi oğurlanıb

Hadisə | 12:45 • 18 İyul 2019
Bakıda 4 yaşlı qızın bilərziyi oğurlanıb

Bakıda 4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirib.


Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti