Xəzər Xəbər

DİN: Veteranların köməyi ilə 2564 cinayətin açılması təmin edilib

Hadisə | 14:12 • 16 İyul 2019
DİN: Veteranların köməyi ilə 2564 cinayətin açılması təmin edilib

Bu ilin 6 ayı ərzində polis veteranlarının köməyi ilə respublika üzrə 2564 cinayətin açılması təmin edilib.


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, polis veteranları 2772 dəfə respublikanın müxtəlif təhsil müəssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyələrini veriblər.


Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Xəbər lenti