Xəzər Xəbər

Bakıda ana və qızı itkin düşüb

Hadisə | 10:08 • 13 İyul 2019
Bakıda ana və qızı itkin düşüb

Maştağa qəsəbəsində ana və azyaşlı qızı itkin düşüb.


Hadisə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb.


Sözügedən ərazidə yaşayan 1995-ci il təvəllüdlü Əhmədova Gülnar Bilal qızı azyaşlı övladı - 2014-cü il təvəllüdlü Əhmədzadə Könül Ədalət qızını da götürərək heç kəsə bir söz demədən evdən çıxıb.


Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı, 1992-ci il təvəllüdlü Məmmədov Musa Bilal oğlu məlumat verib.


Fakt üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (Oxu.Az)

Xəbər lenti