Xəzər Xəbər

Dənizdə batmaq təhlükəsilə üzləşən 2 nəfər xilas edilib

Hadisə | 09:14 • 10 İyul 2019
Dənizdə batmaq təhlükəsilə üzləşən 2 nəfər xilas edilib

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

Xəbər lenti