Xəzər Xəbər

Səhiyyə Nazirliyi Masallıda avtoqəza ilə bağlı məlumat yayıb

Hadisə | 11:16 • 9 İyul 2019
Səhiyyə Nazirliyi Masallıda avtoqəza ilə bağlı məlumat yayıb

Masallı rayonunda yük maşını ilə "Mercedes Vito” markalı mikroavtobus toqquşub və hadisə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, bir nəfər müxtəlif dərəcəli xəsarətlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti