Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Xezerxeber.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Masallı rayonunda "Mercedes” markalı mikroavtobus və "KamAZ" markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda olan 7 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.