Xəzər Xəbər

Ötən gün qəzalarda 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Hadisə | 14:41 • 8 İyul 2019
Ötən gün qəzalarda 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Ötən gün ərzində törədilmiş 28 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə dörd nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə bir nəfər, borclu şəxs qismində axtarışda olan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında dörd ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb, iki nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Xəbər lenti